Bu il Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər olub? – Aylar üzrə SİYAHI

 
Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 710 manat 20 qəpik olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövrlə müqayisədə 5 manat 20 qəpik azalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 715,4 manat olub.
Məlumat üçün bildirək ki, bu ilin mart ayından sonra Azərbaycanda orta aylıq nominal əməkhaqqı davamlı olarak azalır.
Orta aylıq əməkhaqqı 2020-ci ilin ilk 8 ayı ərzində  belə olub:
Yanvar – 712,1 manat
Yanvar-Fevral – 712,3 manat
Yanvar-Mart – 744,5 manat
Yanvar-Aprel – 736,2 manat
Yanvar-May – 728,9 manat
Yanvar-İyun –720 manat
Yanvar-İyul – 715,4 manat
Yanvar-Avqust – 710,2 manat

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top