Son sutka ərzində Ermənistanda 1300-dən çox insan koronavirusa yoluxub


Ermənistanda daha 1371 nəfər koronavirusa yoluxub və beləliklə ölkədə bu virusa yoluxanların ümumi sayı 59 min 995-ə çatıb.
Yeniavaz.com “sputnik armenia” saytına istinadən xəbər verir ki, ölkədə son 14 gün ərzində koronavirusa yoluxma halı 113 faiz artıb. Son sutka ərzində ölkədə COVID-19-dan ölənlərin sayı isə 7 nəfərdir. Virusun meydana çıxdığı tarixdən etibarən Ermənistanda koronavirus səbəbilə ölənlərin sayı isə 1046 nəfərə çatıb.
Hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 11 min 519-dur.

DİGƏR XƏBƏRLƏR

Top