BMT Myanma ordusunun 2 uşağı minalara qarşı "canlı qalxan" kimi istifadə etdiyini bildirib.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, məlumat təşkilatın sözçüsü Stefan Dujarrik tərəfindən verilib. Dujarrik bu uşaqlardan ordunun buddistlərlə aralarında yaranan münaqişədə istifadə edildiyini bildirib.
Sözçü Arakanda insan hüquqlarının kobud şəkildə pozulmasına diqqəti yönəldib. Onun sözlərinə görə, 2020-ci ilin ilk 3 ayında 100-dən çox uşaq münaqişə nəticəsində öldürülüb və ya əlil qalıb. O, bu işi təşkil edənlərin cəzalandırılmasının lazım olduğunu bildirib.