Ermənilər Ağdamın Baharlı qəsəbəsini atəşə tutub, yaralılar var


Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində yaşayış məntəqələrini intensiv atəşə tutmağa davam edir.
Hazırda rayonun məcburi köçkünlərin kompakt məskunlaşdırıldığı Baharlı qəsəbəsi atəşə tutulur.
Nəticədə 1979-cu il təvəllüdlü Musayev Roman Yusif oğlu, 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu yaralanıb. Onların hər ikisi məcburi köçkündür. (APA)

DİGƏR XƏBƏRLƏR

Top