Ərdoğan: "30 ildir oturdular, danışdılar, dağılışdılar"


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında Dağlıq Qarabağ məsələsi barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, Ərdoğan çıxışı zamanı Azərbaycan torpaqlarının təcili qaytarılmasının vacibliyindən danışıb:
“Ermənistan azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal edərək dağıtdılar. İnsanlar öz torpaqlarını tərk etməli oldular. Mübarizə nədən ibarətdir? “Biz işğal olunmuş torpaqlarımızı istəyirik”. Qaytarın işğal edilmiş torpaqları. Danışıqları bitirmək və torpaqları sahibinə vermək lazımdır. 30 ildir müzakirəmi olar? Sadəcə oturdular, danışdılar, dağılışdılar”.

DİGƏR XƏBƏRLƏR

Top