"Atəşkəsin tənzimlənməsi üçün müşahidələr aparılacaq" – Lavrov


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi barədə yeni açıqlamar verib.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Lavrov Azərbaycan və Ermənistan arasında razılaşdırılan atəşkəsin yerinə yetirilməsi üçün tədbir görməyin vacib olduğunu bildirib:
“Tərəflər arasında atəşkəs barədə razılıq əldə olunub. Bunun uğurlu ola bilməsi üçün konkret tədbirlər görülməlidir. Atəşkəsin tənzimlənməsi üçün müşahidələr aparılacaq. Əsas mesajımız budur ki, dərhal hərbi xətt boyunca görüşlər aparmaq və sənədimizdə bəhs edilən atəşkəsə nəzarət mexanizmini razılaşdırmaq lazımdır. Bu barədə fikirlərimizi hər iki tərəfə çatdırmışıq”.

DİGƏR XƏBƏRLƏR

Top