Ermənilər etiraf etdi: "Azərbaycan Ordusu Qarabağın içərilərinə doğru irəliləyib"


İşğal altında olan Qarabağdakı seperatçı rejimin rəhbəri Arayik Harutyunyan sosial şəbəkə hesabından video müraciət edərək məğlubiyyətlərini etiraf edib.

Yeniavaz.com xəbər verir ki, Arayik Harutyunyan Azərbaycan Ordusunun cəhbədə üstünlük əldə etdiyini və Qarabağın içərilərinə doğru irəlilədiyini bildirib.

Arayik Harutyunyan deyib ki, Azərbaycan Ordusunun qarşısını almaq üçün yeganə yolumuz atəşkəsdir: "Biz ilkin şərtlər olmadan atəşkəsə hazırıq və sülh yolu ilə danışıqları davam etdirməyin tərəfdarıyıq, baxmayaraq ki, onsuz da sülh yolu ilə mümkün deyil, lakin hələ də gec deyil".

Seperatçıların rəhbəri deyib ki, biz 1992-1994-cü illərdə qələbə qazanmağı bacardıq, çünki qələbəyə inanırdıq, bu gün də inanırıq, yenə də qazanacağımıza inanırıq, birləşməliyik, ən əsası döyüş əməliyyatlarında iştirak etməliyik: “Qardaşlarımın aktiv iştirakını gözləyirəm. Xaricdə yaşayanlar Qarabağ xalqına, Ermənistanda yaşayan qardaşlarımıza. Bu gün həlledici bir andır. Buna görə də yalnız maddi cəhətdən deyil, həm də fiziki iştirakınıza ehtiyacımız var".

DİGƏR XƏBƏRLƏR

Top