“Rusiyanın Ermənistanda hərbi bazası var. 5 min əsgər var orada”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Habertürk” televiziya kanalına verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, Türkiyənin Azərbaycanda nə hərbi bazası, nə də hərbçisi var:
“Türkiyənin Azərbaycanda hərbi bazası var? Yox. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yox. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz açarıq sandığı, tökərik pambığı”.