İlham Əliyev: "Türkiyə F-16-ları buradadır, onlar təlim zamanı gəlmişdilər"


"Türkiyənin burada iştirakı, yaxud da hansısa xarici qüvvələrin buraya gətirilməsi, bu, tamamilə yalandır. Türkiyə F-16-ları ilə əlaqədar məsələyə artıq mən münasibət bildirdim. Türkiyə F-16-ları buradadır, onlar təlim zamanı gəlmişdilər. Təlimlərdən sonra, erməni hücumları oldu, qaldılar burada".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Habertürk” televiziya kanalına verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, sözügedən F-16-ların heç biri bu münaqişədə iştirak etməyib:
"Amma onlar yerdədilər, havada deyil və onlardan heç biri, bu münaqişədə iştirak etməyib. Türkiyədən heç bir insan bu münaqişədə iştirak etmir. O ki qaldı xarici qüvvələrə, o da yalandır. O bizə atılan böhtandır, bir dənə də sübut bizə gətirilmədi. Sadəcə olaraq Fransadan və Rusiyadan belə açıqlamalar verildi, vəssəlam. Artıq bizim kəşfiyyat orqanlarımız, həmin ölkələrlə əlaqədə olublar, ki verin bizə əsaslı sübut, vermirlər, sözdür, mətbuatda kim yazır yazsın, bizi maraqlandırmır. Onsuz da Qərb mediası hər zaman Ermənistanın tərəfini tuturdu və bizə bundan əvvəlki dövrlərdə mənfi münasibət bəsləyirdi. Ona görə də bu böhtanlara biz öyrəşmişik. Ancaq rəsmi şəxlərin açıqlamaları qəbuledilməzdir. Ya bunu sübut elə, ya da öz sözlərini geri çək. Belə bir şey yoxdur, buna ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü orduya malikdir ki, bu məsələni özü həll etsin. Xarici vətəndaşların iştirakına gəldikdə, bir baxsınlar Ermənistana, orada nə qədər xarici terrorçu var. PKK-lıların düşərgələri var orada, o cümlədən Dağlıq Qarabağda. Biz bu bölgəni işğaıçılardan təmizlədikdən sonra bu düşərgələri də məhv edəcəyik. Bu gün bu döyüşlərdə bizə qarşı iştirak edirlər. Öldürülən terrorçular arasında Kanada pasportu çıxıb, Livan pasportları çıxıb. İndi onlar erməni əsillidir ya deyil, bu başqa məsələdir. Başqa ölkənin vətəndaşı gəlir orada müharibə aparır, bu muzdlulardır”.

DİGƏR XƏBƏRLƏR

Top