İlham Əliyev: "Dağlıq Qarabağın müstəqilliyini tanıyan ölkə ilə bir saat keçməmiş bütün əlaqələrimizi kəsərik"


"Mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağı tanısın, çünki, bundan bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Habertürk” televiziya kanalına verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, Ermənistanın bu cəhdləri daxili ictimaiyyətə hesablanmış addımlardır:
“Ermənistanın hal-hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa azadlıq verməyəcək, onu tanımayacaq. Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Minsk qrupuna həmsədrlik edən ölkələr bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa Birliyi ilə bizim tərəfdaşlıq prioritetləri adlı sənəd imzalanaıb. Və orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağı tanısın, çünki, bundan bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu dəqiqdir. Ona görə Ermənistanın bu cəhdləri sadəcə olaraq daxili ictimaiyyətə hesablanıb ki, sanki bunlar da hər hansısa bir diplomatik fəaliyyətdədirlər. O ki, qaldı sülhdən sonrakı dövrə, bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni birinci mərhələdə işğal edilmiş ərazilərdən erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarı ilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, 5 rayon, ondan sonra 2 rayon. Ondan sonra Dağlıq Qarabağın içindən, Şuşada, Xankindində və oradakı bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, oraya da Azərbaycan vətəndaşları qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə bağlı müzakirələr davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top