Ermənistanda çələnglərin qiymətini qaldırdılar - FAKT


Son günlər Qarabağda məhv edilən erməni əsgərlərinin sayının artması səbəbindən Ermənistanda dəfn mərasimlərinin sayı da artıb və nəticədə bu ölkədə güllərin qiyməti süni şəkildə bahalanıb.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Ermənistan Respublikası İqtisadi Rəqabəti Qoruma üzrə Dövlət Komissiyası rəsmi açıqlma verib.

Açıqlamanı olduğu kimi təqdim edirik:

“Ermənistan Respublikası İqtisadi Rəqabəti Qoruma üzrə Dövlət Komissiyası çələnglərin və bəzi çiçək növlərinin qiymətlərinin artması barədə sosial şəbəkələrdə, mətbuatda yayılan məlumatları nəzərə alaraq bazarda araşdırma aparıb.

Xatırladaq ki, Ermənistanda minlərlə kiçik istixana təsərrüfatı çiçəkçiliklə məşğuldur. Bazarda rəqabət mühiti var və  inhisarçı iqtisadi subyektlər mövcud deyildir. Bu səbəbdən İqtisadi Rəqabəti Qoruma üzrə Dövlət Komissiyasının məhkəməyə müraciət etmək səlahiyyəti yoxdur.

Ancaq müharibə vəziyyətini, problemin mənəvi tərəfini nəzərə alaraq, müəssisələri bu çətin dövrlərdə birlik göstərməyə, qiymət artımlarından çəkinməyə çağırırıq.

İqtisadi Rəqabətin Qorunması  üzrə Dövlət Komissiyası”

DİGƏR XƏBƏRLƏR

Top