Türkiyəli məşhurlardan Azərbaycana dəstək


Türkiyənin məşhur sənət adamları yenidən Azərbaycana dəstəklərini nümayiş etdiriblər.
Yeniavaz.com
 xəbər verir ki, türkiyəli məşhurlar Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda apardığı döyüşlərə sosial şəbəkələr vasitəsilə dəstəklərini bildiriblər.
Həmin məşhurların siyahısında Tamer Karadağ, Nebahat Çehre, Murat Boz, Mesut Özil, Ebru Yaşar, Serdar Ortac da yer alıb.
Məşhur türk aktyoru Tamer Karadağ Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasında ordumuza, xalqımıza dəstəyini belə ifadə edib:
"Bir millət, iki dövlət" əbəs yerə demirik, məncə. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi? Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimi idim". Aktyor həmçinin Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirərək, deyib:
“Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda".
Türkiyəli aktrisa Nebahat Çehre “Instagram” hesabında Azərbaycan və Türkiyə bayrağını paylaşaraq: “Yanındayıq” yazıb.
Müğənni Ebru Yaşar: “Azərbaycanın Gəncə şəhərinə edilən hücumu lənətləyirik!” deyə fikrini bildirib.
Türk futbol ulduzu Mesut Özil paylaşımında Qarabağın Azərbaycana məxsus olduğunu və Ermənistan tərəfindən işğal edilməsinə diqqət çəkib.
Müğənni Sərdar Ortac “Instagram” hesabında profil şəklində Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq, yazıb: “Qarabağda ilk konserti özüm verəcəm”.
Murat Boz “Instagram” səhifəsinin hekayə bölümündə üzərində Azərbaycan və Türkiyə bayraqları olan “Qarabağ” yazılmış post yerləşdirib.

DİGƏR XƏBƏRLƏR

Top