Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxma halları artıb.
Yeniavaz.com “Ria.ru”ya istinadla xəbər verir ki, Moskvada COVID-19 pandemiyasına yoluxmanın artması səbəbilə 6-11-ci siniflər yaxın günlərdə distant təhsilə keçəcək. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb. İbtidai siniflərin isə təhsillərinə hələlik məktəblərdə davam edəcəyi bildirilib.
Qeyd edək ki, Rusiyada bu günə qədər 1 milyon 326 min 178 nəfər koronavirusa yoluxub, yoluxmuş olduğu təsbit edildi, bunlardan təxminən 22 min 966 nəfər isə dünyasını dəyişib.