Məşhur türkiyəli yazıçının kitabları Azərbaycanda boykot edildi


İngiltərənin əslən türkiyəli tanınmış yazıçısı Elif Şafak “Twitter” hesabında müzakirələrə səbəb olacaq post paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, Elif Şafak Şuşa şəhərində “dağıdılan” kilsədə violençel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq “barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım.... dağıntılar arasında sənət, təşəkkürlər” - deyə şərh yazıb.
Tanınmış yazıçının Ermənistanın iddia etdiyi kimi guya bəhs edilən kilsənin “dağıdılmasını” göstərən görüntüləri paylaşması birmənları qarşılanmayıb.
Azərbaycanlı yazarlar Şafakın “sülh paylaşımı”na etirazlarını bildiriblər, yazıçını sərt tənqid ediblər.
Həmçinin, “BookZone”, “Kitabevim.az”, “Libraff” və “Ovod” mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıb. Bu barədə mağazalar sosial şəbəkələrdəki hesablarında bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top