Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, oktyabrın 14-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə şəhərin mərkəzinə bir necə top mərmisi atıb.
Nəticədə bir mülki şəxs ölüb.
Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.