Azərbaycan yığması Kiprlə heç-heçə oynayıb

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
 
Yığmamız Millətlər Liqasının IV turunda Kiprlə üz-üzə gəlib.
 
Canni de Byazinin yetirmələri II dövrənin ilk matçını Albaniyada keçirib. Yığmamızın ev oyunu ölkədəki komendant vəziyyəti səbəbindən Elbasanda baş tutub.
 
Qrupda buna qədər yeganə qələbəsini Kipr üzərində səfərdə əldə edən (1:0) komandamız oyunboyu böyük üstünlüyə malik olub. Saysız-hesabsız qol şanslarını əldən verən futbolçularımız qolsuz bərabərliklə kifayətlənib. Hətta görüşün 27-ci dəqiqəsində Qara Qarayev penaltidən də rəqib qapısına yol tapa bilməyib. Nəticədə Kipr qrupda ilk xalını əldə edib.
 
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu noyabrın 14-də Monteneqroya qarşı keçirəcək.

Millətlər Liqası
C liqası, IV tur
13 oktyabr
20:00. Azərbaycan – Kipr - 0:0
Baş hakim:
 Fran Yoviç (Xorvatiya)
Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 20. İsmayıl İbrahimli, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 5. Şəhriyar Əliyev, 7. Araz Abdullayev, 8. Coşqun Diniyev, 9. Əli Qurbani, 15. Namiq Ələsgərov, 16. Elvin Camalov, 17. Rəhman Hacıyev, 19. Təmkin Xəlilzadə, 21. Amin Seydiyev, 22. Mirabdulla Abbasov
Baş məşqçi: Canni de Byazi
Kipr: 1. Demetris Demetriu, 2. Andreas Karo, 19. Kostas Laifis, 3. Kristos Veeler, 7. Minas Antoniu, 8. Çambos Kiriaku, 18. Kostakis Artimatas, 20. Qriqoris Kastanos, 9. Dimitris Kristofi (k), 10. Pyeros Sotiriu, 21. Marinos Tzionis
Ehtiyat oyunçular: 12. Çaralambos Kiriakidis, 22. Neofitos Mixael, 4. Tomas Yannu, 5. Fanos Katelaris, 6. Kristos Şelis, 11. Panagiotis Zakariu, 13. Yannis Kusulos, 14. Andronikos Kakullis, 15. Aleks Qoqiç, 16. Mixalis Yannu, 17. Loyzos Loyzou, 23. Yannis Pittas
Baş məşqçi: Yohan Valem
Elbasan (Albaniya). “Elbasan Arena”

1

Monteneqro

3

3

0

0

5-0

9

2

Lüksemburq

3

2

0

1

4-2

6

3

Azərbaycan

4

1

1

2

2-4

4

4

Kipr

4

0

1

3

0-5

1

 

ApaSport

DİGƏR XƏBƏRLƏR

Top