"İnşallah Hadrut yaxın zamanlarda Türkiyə şəhərlərinin biri ilə qardaşlaşar"


"Qədim Azərbaycan torpağı olan Hadrut qəsəbəsi Qarabağ savaşında strateji əhəmiyyət daşımaqla yanaşı həmçinin bizim şanlı ordumuzun keçmiş Dağlıq Qarabağ vilayətində möhkəmlənməsi baxımdan da vacibdir. 1876,8 kvadrat km sahəsi və 5 min qeydiyyatda sakini olan Hadrut qəsəbəsi böyük iqtisadi və turizm potensialına malikdir".
Yeniavaz.com
xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkədə yazıb.
"Hadrud 2014-cü ildə ABŞ-ın Cənubi Kaliforniyada yerləşən Burbank şəhəri ilə “qardaşlaşıb”. İnşallah işğaldan azad olmuş Hadrud qəsəbəsi yaxın zamanlarda Türkiyə şəhərlərinin biri ilə qardaşlaşar. Bu tarixi və əbədi qardaşlıq olar!
Bizim bayrağımız artıq Dağlıq Qarabağda dalğalanır! Qoy bayrağımız qədib Azərbaycan torpağında əbədi dalğalansın!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!".
Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi işğaldan azad edilən Hadrut qəsəbəsinin videogörüntüsünü yayıb.

DİGƏR XƏBƏRLƏR

Top