Kriştianu Ronaldu koronavirusa yoluxdu


İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu koronavirusa yoluxub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. 35 yaşlı hücumçunun testi müsbət çıxıb. Təcrübəli forvard karantinə alınıb.

Beləliklə, Ronaldu sabah Millətlər Liqasında İsveçlə matçı buraxacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu A Seriyasının növbəti turunda "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Ukrayna "Dinamo"su (Kiyev) ilə görüşdə iştirak edə bilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top