Xankəndində balkonuna “xoş gəlmisiniz” yazan yaşlı qadını polislər döyüb – FOTO


Qondarma rejimin polisləri Xankəndində balkonuna “xoş gəlmisiniz” yazılmış plakat asan yaşlı erməni qadınını döyüblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nune Qasparyan adlı şəxs özünün “facebook” səhifəsində məlumat verib. O bildirib ki, hətta erməni polislər vətəndaşların boş qalan evlərindən oğurluq edirlər:
“Bizim “şanlı” polislərimiz mülki geyimdə evə daxil olublar. Qadını sürüyərək küçəyə çıxarıb döyməyə başlayıblar. Erməni polislər vətəndaşların boş qalmış evlərindən oğurluq edirlər. Polislərimiz Xankəndidə evini qoyub qaçan vətəndaşların evini talamaqla yaxşı məşğul olur. Bizim “hər şeyi bilən” Araik (Arutunyan) onları qəhrəman kimi təltif etsə, təəccüblənmərəm”.

DİGƏR XƏBƏRLƏR

Top