Türkiyədə, ermənilərin son günlər Azərbaycanda törətdiyi hadisələrə qarşı yürüş təşkil olunub.
Yeniavaz.com xəbər verir ki, yürüş, İstanbul-Azərbaycan Mədəniyyət evi və Əsassız Erməni İddialarına Qarşı Mübarizə Federasiyası tərəfindən təşkil olunub. Yürüş “Azərbaycana dəstək” adı ilə həyata keçirilib. Yürüşdə, pandemiya səbəbindən 70-80 nəfər iştirak edib. İştirakçılar arasında təşkilat nümayəndələri və kərkük türkləri yer alıb.
Təşkilatçılar tərəfindən tərtib olunmuş məlumatda ermənilərin 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş soyqırım faktı diqqətə çatdırılıb. Bundan əlavə sənəddə iyul ayında erməni təcavüzkarlarının Tovuza etdiyi hücumdan və son günlər Gəncə və digər rayonlarda mülki əhaliyə qarşı törədilən cinayət hadisələrindən bəhs olunub.
Yürüşün keçirilməsində məqsəd, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq olduğu bildirilib.