Türkiyə vətəndaşı Azərbaycan Ordusuna nişan üzüyünü göndərdi - VİDEO


Bir türk vətəndaşının Azərbaycana dəstək məqsədilə göndərdiyi nişan üzüyü sosial şəbəkələrdə əks-səda doğurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinin ilk dərs günündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Türkiyənin bir çox yerlərdən olduğu kimi Kahramanmaraşdan da bir zərf gəlib. Zərfin içərisindən Maraşlı vətəndaşın məktubu, Türkiyənin bayrağı və bir də nişan üzüyü çıxıb. Vətəndaş məktubda hər addımda Azərbaycanın yanında olduqlarını bildirərək, hər iki dövlətin keçmişinin, gələcəyinin bir olduğunu vurğulayıb. O, məktubda Azərbaycan üçün nə isə etmək istədiyini qeyd edərək, nişan üzüyünü yollayıb.
Səfir, həmin şəxslə əlaqə saxlayaraq, dəstək üçün təşəkkürünü bildirərək, üzüyü qəbul edə bilməyəcəyini ifadə edib. Məktub yollayan şəxs isə öz növbəsində qeyd edib ki, üzük qaytarılacağı təqdirdə məyus olar və bu addımı ailəsilə birgə Azərbaycanda olanlardan dolayı dəstək məqsədilə atdığını bildirib.
Xəzər İbrahim çıxışında onu da vurğulayıb ki, bizim üçün Azərbaycan və Türkiyə bayrağı eynidir. Onlar arasında heç bir fərq yoxdur. Biz hər zaman bir-birimizin yanında olacağıq, necə ki, Çanaqqalada bir idik.  
 
 

DİGƏR XƏBƏRLƏR

Top