Ermənistan tərəfi tez-tez itkiləri barədə məlumat yayır.
Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, son siyahıdan sentyabrın 27-dən Azərbaycanın Qarabağ bölgəsində başlayan döyüşlərdə tanınmış erməni terrorçu, “Malış” ləqəbli Mqer Arutyunyanın da zərərsizləşdirildiyi məlum olub.
Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından bu da bəlli olub ki, terrorçu oktyabrın 9-da məhv edilib.
Məlumata görə, 1973-cü il təvəllüdlü M. Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub.