
Daxili İşlər orqanlarında dəyişiklik olub.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis mayoru Mehrab Məmmədov Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.
O, bundan əvvəl Yasamal Rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.

Tətbiqimizi yükləyə bilərsiniz