
Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədən sonra Mingəçevirə səfər ediblər.
Yeniavaz.com xəbər verir ki, Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.
“Azərenerji" ASC-nin prezidenti Baba Rzayev bildirib ki,Mingəçevir elektrik stansiyasının Azərbaycanın ümumi enerji təminatında payı 15% təşkil edir.
Onu sözlərinə görə, bu stansiya əsasən elektrik enerji ixracı üçün yenidən qurulub və istifadə olunur: "Bildiyiniz kimi, Azərbaycan Gürcüstana, eləcə də Türkiyə üzərindən elektrik enerjisini Avropa ölkələrinə ixrac edir".
“Düşmənin məqsədi hamıya aydındır. Azərbaycan əhalisi arasında inamsızlıq yaratmaq, bu strateji obyekti hədəf nöqtəsinə çevirməklə ölkə iqtisadiyyatına zərbə vurmaq. Mən çox böyük şərəflə demək istəyirəm ki, bu gün bizim bu cür elektrik stansiyalarımız Azərbaycanda çoxdur. Azərbaycanın 20 min energetiki arxa cəbhədə Ali Baş Komandanın bütün göstərişlərini yerinə yetirməyə hazırdır. Biz Azərbaycan xalqını enerjisiz qoymayacağıq, cəbhədə necə, burada da uğurlarımız həmişə yüksək səviyyədə olacaq”. ASC-nin prezidenti bildirib ki, hazırda elektrostansiya normal rejimdə fəaliyyət göstərir.
50-ə yaxın nümayəndə raket atılmış ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.Qonaqlar “Azərenerji”nin Qarabağ müharibəsinin 23 şəhidinin xatirə kompleksi ilə də tanış olublar.Bu barədə onlara məlumat verilib.Stansiyanın işçisi Fizuli Həsənov qonaqlara 36 ildir ki,bu müəssisədə işlədiyini bildirib:”Hazırda iki övladım da cəbhədə döyüşür.Biz burada enerji istehsal edirik.Bizim vətəndaşlıq borcumumz var.İstəyirik ki,itirilmiş torpaqlarımızı azad edək.Uzun illər ermənilərlə birlikdə yaşamışıq.Biz bütün xalqlarla qonşuluq şəritində yaşamışıq.Düşmənin bu həmlələri bizi qorxuzmur .Biz sadəcə olaraq öz torpaqlarımızı istəyirik”.
Esmira Hidayətova, Mingəçevir
