Gəncədə erməni təxribatı nəticəsində ölənlərin sayı artdı


Gəncəyə Ermənistanın raket atması səbəbilə dünyasını dəyişən mülki şəxslərin sayı artıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb. 
Məlumatda bildirilir:
Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olmuş, 35 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.
Dərin təəssüf hissi ilə bildiririk ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat etmişdir.
Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top