"Türkiyə onsuz da Minsk qrupunun üzvüdür. Nə üçün o da həmsədr olmasın?".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” kanalına verdiyi müsahibəsində deyib. O bildirib ki, bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir:
"Bizim siyasətimizdə tam məntiq var və nəticəyə hesablanmış yanaşma var. Geosiyasi reallıqlar dəyişdi. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki regionda, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, onları qıcıqlandırır".