Gəncədə dağıntıların altından çıxarılan 5 yaşlı uşağın anası: “Qanını sinəmdə kəsmişəm” – VİDEO


Bütün cəbhəboyu istiqamətlərdə Ordumuza məğlub olan Ermənistan, bu məğlubiyyətlə razılaşmayıb ötən gün gecə saatlarında Gəncə şəhərində yerləşən yaşayış binalarını raket atəşinə tutub. Hadisə nəticəsində 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, “CNN Türk” Gəncədə evi tamamilə yararsız hala düşən ailədən videoreportaj hazırlayıb. 5 yaşlı övladı yaralanan ana çox qorxduğunu və hal-hazırda özündə olmadığını bildirib: “Yatırdıq, birdən partlayış oldu, hər şey başımıza uçdu. Uşağım yaralı idi. Tez xəstəxanaya apardıq. Xəstəxanaya qədər uşağın qanını sinəmdə kəsmişəm. Çox pisəm. Evimiz yararsız haldadır. Bundan sonra nə edəcəyimizi bilmirəm”.
 

DİGƏR XƏBƏRLƏR

Top