Tacikistanda prezident seçkiləri keçirilib


Tacikistanda 5 namizədin yarışdığı prezident seçkiləri baş tutub.
Yeniavaz.com
“Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 06:00-dan başlayaraq 20:00-dək davam edib. Səsvermədə ümumilikdə 4 milyon 943 min 289 nəfər qeydə alınıb. 68 seçki mərkəzində 3 min 375 sandıq qurulub. Xaricdə yaşayan tacik vətəndaşları üçün isə 39 sandıq qurulub.
Mərkəzi Seçki Komisyasının rəhbəri Bəxtiyar Xudayarzadə saat 15:00-da verdiyi açıqlamada 70,71 % seçicinin seçkilərdə iştirak etdiyini bildirib. Ölkənin seçki qanunlarına əsasən bu göstərici yetərsay hesab olunur. O həmçinin qeyd edib ki, komisyaya seçilərlə bağlı heç bir şikayət daxil olmayıb.
Seçkilərdə hakim Xalq Demokratik Partiyasından namizəd göstərilən prezident Emoməli Rəhmon və Fermerlər Partiyasının lideri Rüstəm Lətifzadə, Sosialist Partiyanın lideri Əbdühalim Qaffarzadə, İqtisadi İslahatlar Partiyasının lideri Rüstəm Rəhmatzadə və Kommunist Partiyasının lideri Mirac Abdulloyev yarışıblar.
Ölkədəki seçki qanununa görə, seçkidə qalib olmaq üçün səslərin 50 faizdən çoxunu qazanmaq lazımdır.
Seçki bir sıra xarici beynəlxalaq təşkilat nümayəndləri, 150 yaxın müşahidəçi və 200-dən çox jurnalist tərəfindən müşahidə olunub.
Qeyd edək ki, ölkədə 7 ildə bir dəfə prezident seçkiləri keçirilir. Sonuncu seçkilər isə 2013-cü il 6 oktyabr tarixində keçirilib və həmin il Emoməli Rəhmon dördüncü dəfə prezident seçilib.

DİGƏR XƏBƏRLƏR

Top