"Gəncə üçün dua edin" həştəqi ilə milyondan çox tvit atılıb


Ermənistan Silahlı Qüvvələrinin “Toçka-U” raket sistemindən istifadə edərək açdığı atəş nəticəsində Gəncə şəhərində həlak olan və yaralanan mülki şəxslərlə bağlı "Twitterdə" başladılan kampaniyaya yüzminlərlə insan qoşulub.
Yeniavaz.com
xəbər verir ki, dünəndən etibarən sözügedən sosial şəbəkədə "PrayForGandja" (Gəncə üçün dua edin) həştəqi ilə 1,2 milyondan çox tvit atılıb.
Qeyd edək ki, oktyabrın 11-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top