Hyustonda yaşayan həmyerlilərimizdən Azərbaycana dəstək tədbiri - FOTOLAR

ABŞ-da yaşayan həmyerlilərimiz Azərbaycanda müharibədən əziyyət çəkən insanlara dəstək məqsədilə ianə tədbiri keçirib.
Yeniavaz.com xəbər verir ki, "Azerbaijanian American Cultural Alliance" və "Houston Azerbaijani School"un təşkil etdiyi tədbirə 200-dən çox azərbaycanlı və dost ölkələrin vətəndaşları qatılıb.
İştirakçılar hyustonlu fədakar xanımların hazırladıqları milli mətbəximizin təamlarını alaraq aksiyaya dəstək olublar.
Toplanan vəsait hamısı vətənimizdəki savaşdan əziyyət çəkən insanların ehtiyacları üçün xərclənəcək.
Tədbirdə hyustonlu məktəblilər de aktiv iştirak edərək analarına dəstək oldular.







 

DİGƏR XƏBƏRLƏR

Top