Mövlud Çavuşoğlundan Lavrova: “Ermənilərə xəbərdarlıq edin”


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Yeniavaz.com
xəbər verir ki, M.Çavuşoğlu S.Lavrovdan ermənilərə humanitar atəşkəsə əməl etmələri üçün xəbərdarlıq etməsini istəyib.
Qeyd edək ki, Ermənistan və Azərbaycan Respublikası arasında, Moskvada keçirilən görüşlər zamanı 10 oktyabr saat 12:00-dan etibarən Dağlıq Qarabağda cəsəd və əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəs barədə qərar qəbul etmişdilər.
Lakin Ermənistan ordusu atəşkəsə əməl etməyərək Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücum edib, nəticədə 9 nəfər ölüb, 34 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top