“Hərbi və insanlıq cinayəti törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəs şəraitində belə, mülki yaşayış yerlərinə təcavüzü davam etdirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd olunub.
Bildirilib ki, Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir.