Salyanda mikroavtobus qəzaya uğradı: Yaralılar var

Salyan rayonunun Qaraçala qəsəbəsində LADA markalı minik avtomobili və “Otoyol” markalı mikroavtobus toqquşub.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Hadisə yerinə cəlb olunan Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top