“Bu müddət ərzində Ermənistan yeni şərtlər irəli sürürdü. Onlar arasında ən çox qıcıq yaradanı və Azərbaycan üçün məqbul olmayan şərtlərdən biri danışıqlar prosesində Azərbaycanın artıq Ermənistanla deyil, “Dağlıq Qarabağ Respublikası” ilə aparılması idi”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov brifinqdə deyib
O bildirib ki, qəbul edilmiş sənəddə danışıqlar prosesi dəyişilməz olaraq qalıb: “Dəyişməz qalır sözünün mənası odur ki, danışıqlar prosesinin tərəfdarı Azərbaycan və Ermənistandır. Burada hər hansı üçüncü tərəf, danışıqlar prosesinin tərəfdarı ola bilməz. Bundan başqa onu da deyim ki, Ermənistanın təhlükəsizliklə bağlı istəkləri də var idi. Onlar çox narahatdılar”.