Prezidentin köməkçisi: “Açıq şəkildə demək istəyirəm ki, ölkəmizə qarşı müxtəlif təzyiqlər var”.


“Açıq şəkildə demək istəyirəm ki, ölkəmizə qarşı müxtəlif təzyiqlər var”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə deyib.

O bildirib ki, Prezident İlham Əliyev xalqımızın milli maraqlarını qoruyaraq bu təzyiqlərə güc gəlir və gələcək də: “Prezident İlham Əliyevin siyasətində Azərbaycan Respublikasının milli maraqları ən hakim maraqlardır. Onun özü tərəfdən qarşısına qoyulmuş bu tapşırıqlar ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Biz bu təzyiqləri çox görmüşük və istisna edilmir ki, bundan sonra da belə təzyiqlər olacaq. Eyni zamanda Beynəlxalq ictimaiətdə də bu cür təzyiqləri görürük. Təəssüflər olsun ki, beynəlxalq dairələrdə də qərəzli yanaşmalar oldu. Amma Azərbaycan Respublikasının siyasəti haqq işidir, Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və Azərbaycan dövlətinin heç bir dövlətin ərazisinə iddiası yoxdur. Tələbimiz, Azərbaycanın Beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinin təmin edilməsidir”.

DİGƏR XƏBƏRLƏR

Top