
“Qardaş Türkiyə və rəsmi Ankara artıq masadadır”.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə deyib.
O bildirib ki, baş verən proseslər Türkiyəni də ciddi narahat edir: "Qardaş Türkiyənin region dövləti və söz sahibi ölkə kimi danışıqlarda iştirakı ilə beynəlxaq hüququn təmin edilməsi hesab edirik ki, bütün region dövlətlərinin marağındadır".