Ceyhun Bayramov atəşkəsin müddəti barədə danışdı


"Humanitar atəşkəsin hansı müddəti əhatə edəcəyi ilə bağlı məlumat yoxdur”.
Bunu Xarici İşlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, atəşkəsin müddəti barədə dəqiq məlumat yoxdur: "Əsas prinsip odur ki, prosesi Qırmızı Xaç Komitəsi müəyyən edəcək. Həlak olan hərbçilərin cəsədlərinin dəyişdirilməsi prosesinin hansı müddət ərzində başa çatacağını demək çətindir. Orada qızğın döyüşlər gedirdi. Bu barədə Qırmızı Xaç Komitəsi mövcud hərbi vəziyyət imkan verdikdə və əməliyyatlar başa çatdıqdan sonra  dəqiq məlumat verə bilər".

DİGƏR XƏBƏRLƏR

Top