“Ermənistan hərbçilərin və meyitlərin dəyişdirilməsinə şərait yaratmır”


"Bizim döyüş meydanında əldə etdiyimiz qələbə diplomatik sahədə də bizə üstünlük verir".

Bunu Xarici işlər naziri Ceyhun Bayramov brifinqdə deyib.
O bildirib ki, beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən humanitar atəşkəsin vacibliyi ilə bağlı müraciətlər daxil olub: "Rusiya Prezidenti Vladimir Putin şəxsən bu təşəbbüslə çıxış edib. Azərbaycan və Rusiya dövlət başçılarının tapşırığı ilə görüş təşkil edildi və bəyanat imzalandı. Hərbçilərin, meyitlərin dəyişdirilməsi nəzərdə tutulur. Bu proses zamanı işlərin icrası Beynəlxaq Qızıl Xaç Komitəsinin üzərinə qoyulub. Lakin Ermənistan buna şərait yaratmır və saat 12-dən sonra atəşkəsi pozaraq mülki əhalini atəşə tutub".

DİGƏR XƏBƏRLƏR

Top