ANAMA rəsmisindən işğaldan azad olunan ərazilərdəki çətinliklərlə bağlı AÇIQLAMA


 

“2000-ci ildən 2020-ci ilə qədər ANAMA tərəfindən 546 milyon kvadrat metrden artıq ərazi təmizlənib”.

Bunu Bərdədə keçirilən brifinqdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin Əməliyyatlar üzrə meneceri Elnur Qasımov bildirib.

O bildirib ki, ANAMA-nın əməkdaşları tərəfindən aşkar olunan mina və hərbi sursatların sayı 808 min 895 ədəd olub:

“Silahlar sussa da, bu ərazilərin təmizlənməsinə çox zaman gedəcək. Artıq 20 ilə yaxındır fəaliyyət göstərən ANAMA bölgələrdə öncəki əməliyyatlardan qalan hərbi sursatlar aşkarlayır.

Təsəvvür edin ki, ərazilərimiz azad olunandan sonra respublikamız əlavə problemlə rastalaşacaq. Bunun aradan qaldırılması üçün bütün resurslarımız var, tələb olunan yolların, infrastrukturların təmizlənməsinə imkan var.

Təbii ki, düşmənin istifadə etdiyi silah-sursat texnikaları yeniləndikcə, bizə də yeni texnikalar ehtiyacımız olacaq. Əminik ki, bu istiqamətdə də dövlətimiz bizə dəstək verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top