Solovyov oyundan görüntüləri Qarabağda gedən döyüş kimi təqdim etdi - VİDEO

Rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov öz “YouTube” kanalında oyundan görüntüləri Dağlıq Qarabağdakı hava döyüşünün videosu kimi təqdim etməyə çalışıb.

“Mən sizə təyyarəni necə vurmağa çalışdıqlarını əks etdirən görüntüləri izləmək imkanı verirəm. Baxırsan və düşünürsən ki, nə qədər gözəldir, sanki ulduz müharibəsidir. Ancaq başa düşmürsən ki, hər belə çəkilişin arxasında insan həyatı dayanır. Müharibə Rusiya sərhədindən 80 kilometr məsafədədir”, - deyə V.Solovyov qeyd edib.

Ancaq “YouTube” istifadəçilərindən biri rus jurnalistin yalanlarını ifşa edib və V. Solovyovun təqdim etdiyi süjeti təkrarlayan oyundan kadrları təqdim edib.

“O, başqa videonu oğurlayıb və bu oyunu real hadisələr kimi təqdim edib”, - deyə istifadəçi vurğulayıb.

V. Solovyov artıq bir dəfə, Azərbaycan ordusunun əks-hücum əməliyyatının başlanğıcında, Bakıda səfərbərlik idarəsinin qarşısında çəkilən videonu İrəvanda lentə alınan kadrlar kimi təqdim etməyə çalışmışdı.

Qısa müddət sonra o, canlı efirdə Azərbaycan bayrağının dalğalandığını görərək kadrların səhv olaraq efirə verildiyini açıqlayıb və bu səhvi köməkçilərinin üstünə atıb.


oxu.az

DİGƏR XƏBƏRLƏR

Top