Bu xəstəliyi olanlara “yod kletkası” tətbiq etmək olmaz


Yəqin ki, hər bir evdə ilkin tibbi yardım vasitələrindən biri olan yod tapmaq mümkündür. Yod təbii və güclü antiseptik vasitələrdən biridir və bu günə qədər yodun faydaları haqqında bir çox məlumatlar mövcuddur. Mütəxəssislərin sözlərinə görə, bədəndə yod çatışmazlığı olduqda istər uşaqlarda, istərsə də böyüklərdə müxtəlif problemlərə gətirib çıxarır. Ancaq yodun faydaları olduğu qədər, “yod kletkası”nın da faydaları var. 
Yeniavaz.com
“yod kletkası”nın faydalarını təqdim edir: 
“Yod kletkası” yuxarı tənəffüs yollarının iltihabları (angina, bronxit, laringit və s.), həmçinin, yumşaq toxumaların iltihabları (miozit, hematoma və s.) zamanı çox geniş istifadə olunur. “Yod kletkası” dəriyə qulaq çöpü ilə əvvəl şaquli, sonra üfüqi formada tətbiq edilir və xətlər arasındakı məsafə 1 sm-dən az olmamalıdır. “Yod kletkası” mütləq sağlam dəriyə, həftədə 2-3 dəfədən çox olmamaq şərti ilə çəkilməlidir. Açıq yaraya çəkilən yod, yaranı yandıra bilər. Başqa bir fikrə görə, “yod kletkası” dəriyə tətbiq olunduqda izləri tez itirsə, bu, yod çatışmazlığından xəbər verir. “Yod kletkası” aşağıdakı hallarda istifadə edilə bilər: 
- Bel ağrıları; 
- Bədən nahiyələrində olan nevroloji ağrılar; 
- Əzələ ağrıları; 
- Bağların dartılması; 
- Kəskin respirator xəstəlikləri; 
- Soyuqdəymə; 
- Boğaz ağrısı və s. 
Keçmiş dövrlərdən indiyə qədər tətbiq olunan “yod kletkası” nə qədər faydalı olsa da, bunu hər kəsə tətbiq etmək olmaz. Belə ki, mütəxəssislər 5 yaşdan kiçik uşaqlara bu üsulu tətbiq etməyi tövsiyə etmirlər. Çünki bu, uşağın orqanizmindəki yod səviyyəsinin artmasına səbəb ola bilər. Bundan başqa, “yod kletkası”nı hamilə qadınlara, yüksək temperaturu olan şəxslərə, allergiyası olanlara tətbiq etmək məsləhət görülmür. Digər tərəfdən, “yod kletkası”nı ürək nahiyəsinə tətbiq etmək də çox təhlükəlidir. 

DİGƏR XƏBƏRLƏR

Top