Bu gün azad edilən kəndlər hansı rayonların tərkibindədir?

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsi və  8 kəndin erməni işğalından azad edilməsi barədə məlumat verib.
Yeniavaz.com xəbər verir ki, prezident həmin kəndlərin adlarını da açıqlayıb və bildirib ki, Çaylı, Yuxarı Güzlək, Gorazili, Qışlaq, Qaracalı, Əfəndilər, Sur və Süleymanlı kəndləri də düşmən tapdağından azad edilib.
Qeyd edək ki, Hadrut qəsəbəsi Xocavənd rayonunun ərazisi daxilindədir.
Çaylı kəndi əvvvəllər Ağdərənin tərkibində olsa da, 1992-ci ildə isə Tərtərin tərkibinə verilib.
Yuxarı Güzləklə Gorazıllı isə Füzulinin kəndləridir.
İşğaldan azad edilən Qaracallı, Əfəndilər, Süleymanlı, Qışlaq və Sur kəndləri isə Cəbrayılın tərkibinə daxildir.

DİGƏR XƏBƏRLƏR

Top