Prezidentin köməkçisi: "Bizim erməni xalqı ilə işimiz yoxdur"

"Bizim erməni xalqı ilə işimiz yoxdur, Ermənistanın işğalçı siyasəti ilə mübarizə aparırıq".

Yeniavaz.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində deyib.

H.Hacıyev qeyd edib ki, Prezidentimizin dediyi kimi Azərbaycanın müstəqilliyi altında yaşamaq istəsələr, erməni xalqına hər cür dəstəyi verməyə hazırıq.

“Mülki vətəndaşlarla heç bir problemimiz yoxdur. Erməni xalqı ilə yaşamağa hazırıq”.

DİGƏR XƏBƏRLƏR

Top