Ermənistanda hərbi vəziyyət rejimi sərtləşdirildi


Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda hərbi vəziyyətin tətbiq edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Yeni qaydalara əsasən dövlət orqanlarının, yerli hakimiyyət orqanlarının və hərbi vəziyyəti təmin edən digər vəzifəli şəxslərin fəaliyyətlərini tənqid edən, təkzib edən, onların effektivliyinə şübhə edən və ya başqa bir şəkildə dəyərdən salan ifadələrin dərc edilməsi qadağandır.
Bu dəyişikliklərə görə, Ermənistanın təhlükəsizliyinə qarşı kampaniya aparmaq, o cümlədən müdafiə qabiliyyətini sual altında qoyan verilişlərin yayımlanması qadağandır.
Qaydalara əməl olunmasına Ermənistan polisi nəzarət edəcək.
 
 

DİGƏR XƏBƏRLƏR

Top