UEFA millimizin oyunundakı erməni hakim-inspektoru dəyişdi


UEFA Millətlər Liqasının qrup mərhələsində III turun Monteneqro - Azərbaycan oyununun təyinatında dəyişiklik olub.

Yeniavaz.com xəbər verir ki, UEFA matçın erməni əsilli hakim-inspektoru Paskal Qaribyanı avstriyalı Stefan Messnerlə əvəzləyib.

Messner bu qrupun Lüksemburq - Kipr matçına təyinat almışdı. Qitə futbol qurumu Azərbaycan və Ermənistan arasında baş verən hadisələrlə bağlı hakim-inspektorların yerini dəyişməyi məqsədəuyğun hesab edib.

Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top