Qırğızıstan prezidenti: "İstefa verməyə hazıram"


Qırğızıstan prezidenti Sooronbay Jeenbekov ölkədə baş verən iğtişaşlar barədə açıqlama yayıb.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, Sooronbay Jeenbekov ölkədə yeni kabinet qurulduqdan sonra istefa verməyə hazır olduğunu bildirib. Buna səbəb ölkədə hökumət əleyhinə etirazların artaraq davam etməsi olub.
Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra ölkədə iğtişaşlar başlamışdı. Çox sayda etirazçı hökumət binasına hücum etmişdi. Nəticədə, ölkə prezidenti seçkilərin nəticələrinin ləğv edilməsi üçün göstəriş vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top