Fransada keçirilən sorğunun nəticəsi: “Makron COVID-19 böhranının öhdəsindən gələ bilmədi”


Fransızların 61 faizi prezident Emmanuel Makronun Covid-19 böhranının öhdəsindən gələ bilmədiyini düşünür.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, sorğu “ELABE” Tədqiqat İnstitutu tərəfindən həyata keçirilib. Sorğu 7 oktyabrda yaşı 18-dən yuxarı olan 1000 nəfər arasında keçirilib.
Sorğuda iştirak edən fransızların 10-dan 6-sı Makronun bu problemlə başa çıxa bilmədiyini düşünür.
İştirakçılar Fransa prezidentinin sağlamlıq planı ilə bağlı düzgün qərar verə bilmədiyini də iddia edir.
Sorğu nəticəsində 65 faiz bildirib ki, hökumət və Makron COVID-19 pandemiyasının ilk dalğasından lazımi dərs çıxarmayıb.
İştirakçıların 65 faizi Makronun təkəbbürlü, 63 faizi zalım olduğunu düşünür.
 

DİGƏR XƏBƏRLƏR

Top