İngiltərədə koronavirusa qarşı yeni mobil tətbiqetmə sınaqdan keçirildi


İngiltərədə koronavirusa qarşı  mobil tətbiqetmələrin sınağı davam edir.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu mobil tətbiqetmə vasitəsilə səyahətə çıxanlar karantinə alınmadan gəzintilərini həyata keçirə biləcəklər. Sınaqlar bu həftə Londondakı “Heathrow” hava limanında baş tutacaq.
“United Airlines” və “Cathay Pacific” hava yolu şirkəti ilə uçuş edəcək səyahətçilər “CommonPass” adlandırılan mobil tətbiqdən istifadə edəcək.
Proqram rəqəmsal sağlamlığa keçid sertifikatı kimi fəaliyyət göstərəcək. Sözügedən mobil proqramda səyahət edən şəxsin koronavirus testindən keçib-keçmədiyi, eləcə də peyvənd olub-olmadığı barədə məlumatlar olacaq.
Proqram, London, Nyu-York, Honk-Konq və Sinqapura uçan könüllülər tərəfindən sınaqdan keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top