Bərdəni hədəf alan “Qrad”ın məhv edildiyi anın görüntüləri – VİDEO


“Azərbaycanın Bərdə və Tərtər şəhərlərini, həmçinin dinc sakinləri atəşə tutan Ermənistanın “Qrad” yaylım atəş sistemi dəqiq zərbə ilə məhv edilib".

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Çox sayda günahsız insanların həyatı xilas edilib və mülki infrastruktura mümkün zərərin qarşısı alınıb”, - o əlavə edib.
 

DİGƏR XƏBƏRLƏR

Top