Dünya üzrə koronavirus STATİSTİKASI


Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 36 milyon 406 min 133 nəfəri keçib. 
Yeniavaz.com
"Worldometer"-ə istinadən xəbər verir ki, dünya miqyasında koronavirusdan həyatını itirənlərin sayı 1 milyon 60 min 745, sağalanların sayı isə 27 milyon 419 min 762 nəfər olub. Müalicəsi davam edənlərin sayı 7 milyon 922 min 478-dir.
Ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb. Ölkədə COVID-19-a yoluxanların sayı 7 milyon 776 min 224, ölənlərin sayı isə 216 min 784 nəfər olub. 
ABŞ-dan sonra sıyahıda yoluxma halı ən çox qeydə alınan ölkələr bu ardıcılıqla yer alır:
Hindistan-6 milyon 835 min 655, Braziliya-5 milyon 2 min 357, Rusiya-1 milyon 248 min 619, Kolumbiya-877 min 683, İspaniya-872 min 276, Argentina-840 min 915, Peru-835 min 662, Meksika-799 min 188, Cənubi Afrika-685 min 155, Fransa-635 min 509, İngiltərə-544 min 275, İran-483 min 844, Çili-474 ​​min 440, İraq-391 min 44, Banqladeş-373 min 151, Səudiyyə Ərəbistan-337 min 711, İtaliya-333 min 940, Filippin-329 min 637, Türkiyə-329 min 138, Pakistan-316 min 934, İndoneziya-315 min 714 və Almaniya-311 min 113.
ABŞ-dan sonra 10 mindən çox ölüm halı qeydə alınan ölkələrin siyahısı:
Braziliya-148 min 304, Hindistan-105 min 554, Meksika-82 min 726, İngiltərə-42 min 515, İtaliya-36 min 61, Peru-33 min 9, İspaniya-32 min 562, Fransa-32 min 445, İran-27 min 658, Kolumbiya-27 min 180, Argentina-22 min 226, Rusiya-21 min 865, Cənubi Afrika-17 min 248, Çili-13 min 90, Ekvador-11 min 743, İndoneziya-11 min 472 və Belçika-10 min 108.
 

DİGƏR XƏBƏRLƏR

Top